İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir 

15:43 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Hafta.az-ın məlumatına görə, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.